İQTİSADİYYAT
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan neft ixrac edən ölkələr sırasında lider mövqeyindədir və Qırğızıstana neft məhsulları ixrac etməyə hazırdır.
AZƏRTAC Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev deyib.
O bildirib ki, yaxın zamanda Qırğızıstanda illik 1 milyon tondan çox yanacaq istehsal etmək gücü olan “Cunda” neft emalı zavodu fəaliyyətə başlayacaq. Bununla əlaqədar SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarük edilməsi məsələləri müzakirə olunub. SOCAR Qırğızıstan ilə əməkdaşlıq etməyə hazırdır. “Hazırda biz logistika məsələsini həll etməyə çalışırıq”, - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:29]
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
- 11.05.2024 [10:53]
Azərbaycan nefti ucuzlaşıb
- 11.05.2024 [10:24]
Dünya birjalarında neft ucuzlaşıb
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]